EN

Lənkəran, Mingəçevir və Naxçıvanda innovasiya mərkəzləri açıla bilər (ÖZƏL)

Bakı. Trend:

Lənkəran, Mingəçevir və Naxçıvanda innovasiya mərkəzlərininaçılması mümkündür.

Bu barədə Trend-əAzərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətininsədri İnarə Vəliyeva məlumat verib.

"Bakıda İnnovasiya Mərkəzi artıq açılıb. Yaxın planlardaSumqayıt və Gəncədə, bəlkə də, başqa şəhərlərdə də mərkəzlərinaçılması nəzərdə tutulur. Bizim yanaşmamız yerli bizneslə sıxəməkdaşlıqdan ibarətdir.

Məsələn, bu yaxınlarda Lənkəran və Mingəçevir nümayəndələri bizəmüraciət etdilər. Biz əməkdaşlığa hazırıq. Hazırda plan Sumqayıt vəGəncə üçün təsdiqlənib, eyni zamanda, Naxçıvan, Lənkəran,Mingəçevir və digər şəhərlərdə də variantlara baxılır", - deyə obildirib.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsaltransformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiyamühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmətedir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq,fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına vəinnovativ layihələrinə (Startapları) dəstək vermək, müasirtexnologiyaların və texnoloji həllərin əldə olunmasında yardımgöstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyeraimkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətinqurulması və təşkilini həyata keçirmək Agentliyin prioritetistiqamətləridir.

Məqalədə:
Chosen
15
2
az.trend.az

3Sources