7NEWS.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olduğu iddia edilib. Kreml iki liderin görüşü ilə bağlı xəbərləri təkzib edib. Kremlin açıqlamasında Putin və Trampın heç vaxt görüşmədiyi bildirilib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinin hazırda Trampla danışmaq üçün konkret planı yoxdur.