EN

Gənclər arasında işsizlik 15,8 faizdir - Sahil Babayev

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.

Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

Nazir bildirib ki, hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir:

"Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”.

Fuad Mədətov
Fins.az

Chosen
226
25
fins.az

10Sources