EN

Millimizin sabiq futbolçusu həvəskar kluba keçdi

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.

Nəsirov son olaraq "Karvan"ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
13
2
bizim.media

8Sources