Hollandiya təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar müdafiə sahəsinə əlavə 716 milyon avro ayıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans deyib.
"Təhlükələrin artması səbəbindən hökumət hava hücumundan müdafiə, innovasiyalar və milli təhlükəsizliyimizə əlavə 716 milyon avro sərmayə qoyacaq", - deyə o, "X"-də yazıb.
Nazirin sözlərinə görə, Hollandiya bununla da müdafiə xərclərini NATO standartına uyğunlaşdırır.