OPEC ölkələri oktyabrda neft hasilatını əsasən Liviya hesabına sentyabr ayı ilə müqayisədə sutkada 466 min barel artıraraq, 26,53 milyon barelə çatdırıblar. OPEC+ sazişində iştirak edən ölkələr isə hasilatı planlaşdırılan səviyyədən 150 min barel aşağı salıblar.
Musavat.com xəbər verir məlumat OPEK-in aylıq hesabatında yer alır.
Təşkilat üzvlərindən Liviyada (+556 min barel), Nigeriyada (+35 min barel) və Konqoda (+12 min barel) hasilat artıb, İranda( -68 min barel), İraqda (-66 min barel/gün) və Küveytdə (-14 min barel) azalıb.
OPEC+ sazişinin iştirakçısı olan İraq, həmçinin səkkiz OPEC+ ölkəsi tərəfindən əlavə könüllü ixtisarların iştirakçısı kimi bu öhdəliklərdə nəzərdə tutulan səviyyədən sutkada 163 min barel çox neft hasil edub.
OPEK-in üzvü olmayan, lakin OPEC+ sazişində iştirak edən ölkələr əsasən Qazaxıstanın sayəsində oktyabrda hasilatı 251 min barel olmaqla 13,8 milyon barelə qədər azaldıblar. Qazaxıstan da İraq kimi hər iki məhdudiyyət növündə iştirak edir və onun oktyabr ayında hasilatı sutkada 1milyon 203 min barel səviyyəsində olmalı idi, lakin ölkə sutkada 1 milyon 290 min barel hasil edib ki, bu da sentyabr səviyyəsindən demək olar ki, 300 min barel azdır.
İraq oktyabrda hasilatı kvotadan əlavə 95 min barel, Qazaxıstan isə 265 min barel azaltmalı idi. Ümumilikdə, İraq üçün 7 ay ərzində qeydə alınmış “borc” sutkada 1,44 milyon barel, Qazaxıstan üçün – demək olar ki, 700 min barel, Rusiya üçün – 6 ay ərzində sutkada 480 min barel təşkil edir İraq avqust-oktyabr aylarında razılaşdırılmış səviyyələri sutkada daha 688 min barel, Qazaxıstan sutkada 223 min barel, iyul-oktyabr aylarında Rusiya hasilatı sutkada 180 min barel üstələyib.
Musavat.com