Azərbaycan millisinin UEFA Millətlər Liqasının V turunda Estoniyaya qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Moderator.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək:
UEFA Millətlər Liqası
V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Hakimlər Con Biton, Daniel Makfarlan, David Makgeçi, Metyu Makdermid (Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Eva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, görüş noyabrın 16-da keçiriləcək.