EN

Mesaj ünvanına çatdı

“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib". 

Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. 

Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır”. 

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir.

“Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub”. 

Politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şəhrində qeyd edib ki, iki gün öncə çox uğurla işə başlayan COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxan qüvvələr istədiklərinə nail ola bilmədilər: 

“Onlar Azərbaycanın bu istiqamətdə atdığı hər addımı tənqid etməyə çalışır və sanki respublikamızın bu ekoloji tədbir nəticəsində ciddi uğur qazanacağını öncədən görüb narahat olurdular. Onların bütün cəhdləri boşa çıxdı. BMT-nin ən böyük tədbiri hesab olunan COP-un növbəti konfransı Bakıda uğurla işinə başladı. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tədbirin açılışında qısa, lakin bütün məsələləri əhatə edən çıxışı ilə qonaqlara müraciət etdi. Bu müraciətdə Azərbaycana qarşı çıxan, COP29-un respublikamızda keçirilməsini istəməyən qüvvələri alt-üst etdi. 

Prezidentin bu sözlərini xatırlatmaq istəyirəm:"Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir.

Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"

"Prezident çox yaxşı vurğulayıb ki, Avropa ölkələri qlobal enerji böhranından əziyyət çəkməmək üçün Azərbaycan qazından istifadə edilər, amma Azərbaycana qarşı qara kampaniyaya gələndə, onlar Azərbaycanın tənqidçiləri sırasına qoşulur və bizə böhtan atanların yanında olurlar”. 

Həmsöhbətimiz deyib ki, İlham Əliyevin bu çıxışında səsləndirilən mesajlar ünvanına çatacaq və COP29-dan sonra Azərbaycanın həqiqətən ciddi tərəf olduğuna bir daha əmin olacaqlar: 

“Azərbaycan neft-qaz istehlakçısı və eyni zamanda ekologiyanın ən ciddi müdafiəçisidir. Onun yaşıl enerji sahəsində həyata keçirdiyi tədbirlər buna sübutdur. Cənab Prezident bu sahədə qazandığımız uğurları da 196 ölkədən gəlmiş COP29 nümayəndələrinə çatdırdı”. 

Chosen
44
cebheinfo.az

1Sources