EN

Bu tarixdə Rusiya ilə ABŞ arasında yeni məhbus mübadiləsi olacaq

Rusiya və ABŞ arasında məhbus mübadiləsinin yeni mərhələsi baş tuta bilər. Bunun 2025-ci ilin fevralında, Donald Trampın prezident kimi andiçmə mərasimindən bir neçə həftə sonra reallaşma ehtimalı var.

Publika.az "Mash"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sənədlərində qeyd olunur.

Mübadilə üçün mümkün siyahılar arasında casusluq və beynəlxalq anti-Rusiya sanksiyalarından yayınma fəaliyyətləri ittihamı ilə həbsdə olan 70 rusiyalı var. Onların arasında Denis Postovoy, Sergey Çerkasov, Pavel Kublitski, Artur Petrov, Kristina Puzıreva, Maksim Marçenko, Nikolay Qoltsev və Samidjon Nəsriddinov da var.

Rusiya, ABŞ və bir sıra Avropa ölkələri arasında əvvəlki irimiqyaslı məhbus mübadiləsi avqustun 1 -də Türkiyədə baş tutub. Razılaşma nəticəsində 8 Rusiya vətəndaşı vətənlərinə qaytarılıb. Mübadilə edilənlər arasında Rusiyada casusluqda təqsirli bilinən jurnalist Evan Qerşkoviç, siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza da (hər ikisi Rusiya Ədliyyə Nazirliyinin xarici agentlərin reyestrinə daxil edilib) olub.

Chosen
34
14
publika.az

10Sources