EN

Braziliya COP29-dan gözləntilərini açıqlayıb

Bakı. Trend:

Braziliya ümid edir ki, iqlim maliyyələşdirilməsi məsələsi üzrəkonkret qərar COP29-un əsas nəticələrindən biri olacaq.

Trend xəbər verir ki, bubarədə Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri MarinaSilva COP29 çərçivəsində keçirilən “COP sədrlikləri “Troyka”nınyüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5üçün Yol Xəritəmiz” adlı tədbir zamanı bildirilib.

"BƏƏ-də əldə edilən konsensus “Troyka”nı 1.5 Missiyasına doğruyol xəritəsini hazırlamaq üçün bir alət olaraq qurub. Əsasməqsədimiz beynəlxalq əməkdaşlığı gücləndirmək və növbəti MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) turunda iddialılığıartırmaqdır, eyni zamanda qlobal istiləşməni 1.5 dərəcə Selsi iləməhdudlaşdırma məqsədlərinə çatmaq və qlobal dayanıqlılığıgücləndirmək. Xüsusilə ən böyük dünya emisiyalarının mənbələrindəiddialılığın artırılması və onların həyata keçirilməsi üçün lazımolan maliyyə vəsaitlərinin cəlb edilməsi son dərəcə vacibdir. Lakinbizə daha çox maliyyə lazımdır, texnologiyalara çıxışımız olmalıdırvə inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrdə iqlimfəaliyyətlərin dəstəkləməyə çağırırıq. İqlim dəyişikliyi iləmübarizə ədalətsizlik və yoxsulluqla mübarizə ilə paralelgetməlidir. Xüsusilə iqlim maliyyələşdirilməsi artırılmalı vəcəmiyyətimizdə yeni rifah dövrünə keçid üçün ədalətli olmalıdır.Biz ümid edirik ki, bu məsələyə dair konkret qərar COP29-un əsasnəticələrindən biri olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
25
3
az.trend.az

2Sources