Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də bağlamalıdırlar.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.O bildirib ki, yaxın əsrlərdə xalqların dinc yanaşı yaşaması üçün bu saziş imzalanmalıdır.Paşinyanın sözlərinə görə, İrəvan danışıqların dalana dirənməsini istəmir.O qeyd edib ki, Ermənistan bu yaxınlarda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Paşinyan vurğulayıb ki, Ermənistan kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.