EN

Mitika Mvenda: Qərb və Şimal ölkələrini radikal mövqedən daşınmağa çağırırıq

“Mətbuat üçün brifinqdə COP29-da danışıqların gedişatında böyük dövlətlərin mövqeyi ilə bağlı narahatlığımızı ifadə etdik. İqlim böhranının ön cəbhəsində olan insanların, xüsusilə də iqlim böhranının təsirlərindən əziyyət çəkən Afrika xalqının reallıqlarına cavab verən nəticəsi istəyirik. Bu COP-da hədəfin ən mühüm və ən əsas hissəsini iqlim maliyyəsi təşkil edir”.

Bu fikirləri COP29-da iştirak edən Pan-Afrika İqlim Ədalət Alyansının həmtəsisçisi və icraçı direktoru Mitika Mvenda AZƏRTAC-a müsahibəsində deyib.

“Gördüyümüz vəziyyət, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı gərginlik maliyyənin çatdırılmasına ümidin zəif olduğunu əks etdirir. Xüsusilə də Şimal ölkələri radikal mövqelərini qoruyub saxlayırlar. Onlar elm və iqlim ədaləti imperativlərinin tələb etdiyi miqyasda maliyyə təmin etməkdə maraqlı görünmürlər. Onların COP29 fürsətindən yararlanacağına ümid edirik. İnanırıq ki, mövcud tələbə uyğun hərəkət edəcəklər. Beləliklə, Afrika qitəsində icmalarımıza iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq imkanı verəcək möhkəm şərait yaratmaq üçün nəticə əldə ediləcək. Afrika son dərəcə çoxlu sayda daşqınlardan və quraqlıqlardan əziyyət çəkir. İnsanlarımızı iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən xilas etmək üçün resurs lazımdır”, - deyə Pan-Afrika İqlim Ədalət Alyansının həmtəsisçisi və icraçı direktoru Mitika Mvenda Qərb və Şimal ölkələrini radikal mövqedən daşınmağa çağırıb.

Chosen
13
1
yeniazerbaycan.com

2Sources