EN

Kaladze: "Saakaşvili əfv edilsə belə, buraxılmayacaq"

Kaladze:

"Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək".

Reyting.az
report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze "İmedi" telekanalına müsahibəsində deyib.

"Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, əgər Zurabişvili belə bir qərar qəbul edərsə, o, azadlığa buraxıla bilməyəcək. Çünki ona qarşı qaldırılan başqa mühüm işlər də var", - deyə o qeyd edib.
Chosen
55
13
reyting.az

10Sources