EN

Qazaxıstan COP29-da metan emissiyalarının azaldılması planlarını təqdim edib

Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Bakıda keçirilən COP29 iqlim konfransında iştirakı ilə bağlı məlumat verib.

“İki sahil” xəbər verir ki, nazirliyin məlumatına görə, Qazaxıstan nümayəndə heyəti metan və qeyri-CO2 istixana qazları üzrə sammitdə iştirak edib.

Nümayəndə heyətinə Qazaxıstan Respublikasının Prezidentinin müşaviri, beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova, eləcə də ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev rəhbərlik ediblər.

Zülfiyyə Süleymenova çıxışında Qazaxıstanın metanla bağlı normativ aktların işlənib hazırlanmasını başa çatdırmaq planları barədə məlumat verib.

Onun sözlərinə görə, ölkə qeyri-təsadüfi metan emissiyalarını azaltmağa və neft-qaz sektorunda sızmaların aşkar edilməsi və aradan qaldırılması sistemini təkmilləşdirməyə çalışır.

Zülfiyyə Süleymenova onu da qeyd edib ki, metan emissiyalarının azaldılması üzrə Milli Proqramın işlənib hazırlanmasının başa çatdırılması 2025-ci ilə planlaşdırılıb.

Metan və qeyri-CO2 istixana qazları üzrə sammit Azərbaycan, ABŞ və Çin tərəfindən noyabrın 12-də COP29 çərçivəsində təşkil olunub.

Chosen
113
4
ikisahil.az

5Sources