EN

TDT-nin Baş katibi: Ekoloji problemlər milli sərhədləri tanımır

"Təşkilatımız çərçivəsində Texnologiya, Ətraf Mühit və Ekologiya nazirliklərinin yeni çoxtərəfli platformasının yaradılması təşəbbüsü ilə çıxış edirik”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə deyib.

TDT Baş katibi qeyd edib ki, bu təşəbbüsü dəstəklədikləri üçün bütün tərəflərə təşəkkür edir: “Bu əlamətdar görüşün təşkilinə görə Azərbaycan tərəfinə və Özbəkistan tərəfinə qarşılıqlı minnətdarlığımı bildirirəm”.

O əlavə edib ki, iqlim dəyişikliyi, yaşıl gələcək və digər ekoloji problemlər qlobal dünyanın həll etməli olduğu əsas prioritet olaraq qalır: “Bildiyimiz kimi, ekoloji problemlər milli sərhədləri tanımır. Tək bir ölkənin ekoloji problemlərini həll etmək və yaşıl gələcək yaratmaq səyləri oni nəticələrdən təcrid etmir. Bu gün türk xalqı, türk dövlətləri arasında çoxtərəfli əməkdaşlıqla bağlı təşkilatımızın işini dinamik şəkildə inkişaf etdirir”.

Chosen
65
apa.az

1Sources