EN

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakını təsdiqləyib

Cənubi Koreya və ABŞ-ın kəşfiyyatı ayrı-ayrılıqda Şimali Koreya qoşunlarının Kursk bölgəsində Rusiya hərbçiləri ilə birgə hərbi əməliyyatlara başladığını təsdiqləyib.

Bu barədə KBS telekanalı və ABŞ Dövlət Departamentində keçirilən brifinqdə məlumat verilib.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti noyabrın 13-də təsdiqləyib ki, “Rusiyaya yerləşdirilən Şimali Koreya qoşunları” son iki həftə ərzində təlimləri başa vurduqdan və tədricən döyüş meydanına yerləşdirildikdən sonra artıq döyüşə başlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel noyabrın 12-də keçirdiyi brifinq zamanı bildirib ki, Rusiyanın şərqində 10 mindən çox Şimali Koreya əsgəri yerləşdirilib. Onların əksəriyyəti indi Kursk vilayətinin qərb hissəsinə köçüb, “orada rus qoşunları ilə döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar”.

Oxuməni.az

Chosen
96
50
oxumeni.az

10Sources