Pakistanda hökumət, Pəncab əyalətində havanın çirklənməsinin yaratdığı tənəffüs xəstəlikləri səbəbiylə hər gün təxminən 70 min insanın xəstəxanalara müraciət etdiyini və xəstəxanalardakı çarpayıların sayının artırıldığını və müalicə üçün səyyar klinikalar yaradıldığını açıqladı.
İndex.az xəbər verir ki, Pakistan mətbuatında yer alan məlumata görə, 127 milyon əhalisi ilə ölkənin ən sıx əyaləti olan Pəncab oktyabr ayından bəri davam edən rekord çirklənmə dalğasının təsiri altındadır.
Pəncab hökumətinin sözçüsü Uzma Buxari, çirkli havadan təsirlənən 2,1 milyondan çox xəstənin indiyədək dövlət xəstəxanalarında müalicə olunduğunu və bu sayın artacağı gözlənildiyini bildirib.
Multandakı Niştar Xəstəxanasından Həkim Azam Muştak açıqlamasında tənəffüs problemi səbəbiylə xəstəxanalara müraciət edənlərin əksəriyyətinin cərrahi maska taxmadığına diqqət çəkib.