EN

Elm və təhsil nazirinin müavini Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclası keçirilib. 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli də iclasda iştirak edib.  

Çıxış edən Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.  

İclasda iqlim dəyişikliyi ilə mübarizə sahəsində aparılan tədqiqatlarla bağlı təqdimatlar nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.

 

 

 

 

Chosen
27
tehsil.biz

1Sources