EN

Yeni Kollektiv Kəmiyyət Hədəfi COP29-un əsas gözlənilən nəticəsidir - AYİB prezidenti

Bakı. Trend:

Yeni Kollektiv Kəmiyyət Hədəfi COP29-un əsas gözlənilənnəticəsidir.

Trend xəbər verir ki, bubarədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentiOdil Reno-Basso COP29 çərçivəsində keçirilən “Transformativ iqlimfəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişafBanklarının təsirinə və katalizator təsirinə çevrilməsi” mövzusundadəyirmi masada bildirib.

“Beynəlxalq Maliyyə İnstitutları (BMİ) maliyyələşdirmə, texnikiyardım, qrant səfərbərliyi və digər mənbələrdən güzəştlimaliyyələşdirmə yolu ilə çalışdıqları ölkələrə maksimum dəstəkverir. Bu çərçivədə qeyd etmək istəyirəm ki, təsirimiziqiymətləndirmək və artırmaq üçün əsas göstəricilərimüəyyənləşdirmək üzrə fəal işləyirik. Bu işin bir hissəsi olaraq,ölkələr və layihələr səviyyəsində bir sıra göstəriciləri özündəcəmləşdirən iqlim nəticələrini ölçmək üçün ümumi yanaşmamızı dərcedirik.

Gələcəyə baxaraq, təcrübəmizi iqlimə investisiyaları artırmaq,davamlı və maddi nəticələri gücləndirmək, transformasiyadəyişikliyini təşviq edən layihələr və ölkələr səviyyəsindəplatformalar yaratmaq və tətbiq etmək, işçi qüvvəsininbacarıqlarını artırmaq və həssas icmalara dəstək vermək üçünistifadə etməyə çalışırıq”, - o qeyd edib.

Odil Reno-Bassoya görə, bank, eyni zamanda, innovativ maliyyəalətlərini genişləndirir və daha çox kapital cəlb etmək üçün siyasiyanaşmaları təkmilləşdirir.

"Xanımlar və cənablar, iqlim maliyyəsi ilə bağlı geniş miqyaslıvəzifələrimiz var. Əsas gözlənilən nəticə Yeni Kollektiv KəmiyyətHədəfi — NCQG-dir. Biz bütün tərəfləri NCQG ilə bağlı iddialı vəgüclü razılığa gəlməyə çağırırıq. Bu məqsəd Beynəlxalq Maliyyəİnstitutlarının özəl kapitalı səfərbər edərək və ictimaitəşəbbüslərin təsirini dəfələrlə artıraraq, daha çox iqlimmaliyyəsi təmin edə və səmərəliliyini artıra bilməsi üçün vacibdir.Bu hədəfi gerçəkləşdirmək üçün daha da yaxından çalışaq", - odeyib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

Məqalədə:
Chosen
39
2
az.trend.az

3Sources