EN

"Azərbaycan "yaşıl keçid"in sürətlənməsinə sadiqdir"

Azərbaycan "yaşıl keçid"in sürətlənməsinə sadiqdir.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Bu səbəbdən Azərbaycan milli inkişaf strategiyasına iqlim mülahizələrini inteqrasiya edib", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədinin beş sütunundan biri ölkədə "yaşıl inkişaf"a nail olmaqdır.

"Bu il Prezident İlham Əliyev Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəyliyi İli" elan edib. Bu müzakirə beynəlxalq həmrəyliyi, iqlim dəyişiklikləri və riskləri ilə mübarizəni vurğulayır. “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, 2026-cı ildə bərpa olunan enerjinin ümumi enerji kompleksində payı 24 %-ə çatdırılmalıdır", - deyə o qeyd edib. (Report)

Chosen
58
fed.az

1Sources