EN

Yalçın Rəfiyev: “Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim maliyyələşməsi vacib amildir”

İstixana qazı emissiyalarının azaldılması da daxil olmaqla, Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim maliyyələşməsi ən vacib amillərdən biridir.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Müstəqil İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu günlərdə tez-tez baş verən iqlim fəlakətləri iqlim tədbirlərinin təxirəsalınmaz olduğunu vurğulayır: “COP29 isə iqlim böhranı ilə mübarizədə bütün dünyaya birgə hərəkət etmək bacarığımızı nümayiş etdirmək üçün bir fürsətdir."

Chosen
14
1
far.az

2Sources