EN

"Real Madrid" akademiyasının seçim mərhələsini 1-ci yerlə başa vuran 7 yaşlı azərbaycanlı futbolçu - FOTOLAR

Fransanın Nant şəhərində yaşayan 7 yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə "Real Madrid" klubunun bu şəhərdə futbolçu seçimi mərhələsinin ilk turunu 1-ci yerlə başa vurub.

Bunu "Operativ Media"ya açıqlamasında futbolçunun atası Cavad Əlizadə bildirib.

2009-cu ildən Fransada yaşayan Cavad Əlizadə Nant şəhərində doğulan oğlu Telmanın 3-4 yaşlarından futbola başladığını bildirib.

​​​​​​"Telmanın 3-4 yaşı olanda sol ayağı ilə zərbələrini görüb futbola yönlendirməyə qərara aldım. Telmanın özünün də futbola böyük marağı var. Hal-hazırda Fransanın "Vertou" klubunun U-7 komandasında çıxış edir. Meydançadakı mövqeyi isə hücumameyilli mərkəz yarımmüdafiəçisidir".

Cavad Əlizadə Telmanın "Real Madrid" klubunun Nant şəhərində futbolçu seçmələrində iştirakından da danışıb.

"Keçən ay yaşadığımız şəhərə "Real Madrid" klubunun akademiyasından gəlib futbolçu seçimi etdilər. Müxtəlif yaş qruplarından 36 futbolçunun iştirak etdiyi seçim mərhələsinin ilk turunda Telman Əlizadə 1-ci yeri tutaraq sertifikatla mükafatlandırıldı. İkinci seçim mərhələsi isə may ayında olacaq. Burada Fransanın müxtəlif şəhərlərindən olan futbolçular iştirak edəcək. Bu mərhələdən də keçsə "Real Madrid" akademiyasına seçiləcək".

Cavad Əlizadə oğlunun gələcəkdə hansı milli komandanı seçəcəyinə qərar vermədiklərini söyləyib.

"Milli komanda seçimi haqqında hələki bir şey fikirləşmirik. Telman balacadı, hələ yolumuz uzundur. Bu sualı məncə bir neçə il sonra cavablandırmağım düzgün olar".

Atası Telman Əlizadənin Azərbaycan klublarında da bəyənildiyini bildirib.

"Bir neçə ay öncə Azərbaycanda olduq. "Qarabağ" klubunun akademiyasında Telmanı çox bəyəndilər. Azərbaycanın sabiq futbolçusu Ruslan Əmircanovla 1 ay fərdi məşqlərdə iştirak etdi. Ruslan müəllim özü də Telmanın çox istedadlı olduğunu, əgər məşqlərinə bu tempdə davam etsə gələcəkdə böyük futbolçu olacağını bildirdi".

Chosen
42
3
operativmedia.az

4Sources