EN

COP29 yeni əməkdaşlıq üçün körpü rolunu oynayır- ÖZƏL

"Dünyanı Bakıya toplayan COP29 Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə, eyni zamanda, bu sahədə təcrübəsinə işıq salır, yeni əməkdaşlıq formatlarının, körpülərin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "COP29-un Liderlər Sammitindəki çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, indiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq. BMT-nin Baş katibi Antonio Quterreş belə bir əminliyi ifadə etdi ki,  dövlət başçısı İlham Əliyevin  səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq. Antonio Quterreş, həmçinin bu çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources