EN

Bayden və Tramp Ağ Evdə görüşüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən həftə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra 4 ildən sonra ilk dəfə Ağ Evə gələrək prezident Co Baydenlə görüşüb.

ABŞ-ın yeni seçilmiş prezidenti Tramp seçkilərdəki qələbəsindən sonra ilk dəfə Vaşinqtona gələrək Ağ Evdə prezident Baydenlə görüşüb.

Görüşün əvvəlində Oval kabinetdə kameralar qarşısına keçərək əl sıxan Bayden və Tramp bir-birlərinə təşəkkür ediblər.

Bayden Trampa: “Xoş gəlmisiniz”

Bayden, prezidentliyi heç bir problem olmadan Trampa təhvil verəcəyini vurğulayaraq, "Yenidən xoş gəlmisiniz. Rahat bir keçid prosesi gözləyirik, ehtiyacınız olan hər şeyi qarşılamaq üçün əlimizdən gələni edəcəyik" deyib.

Daha sonra çıxış edən Tramp, "Siyasət çətin bir işdir və çox vaxt dünya çox gözəl deyil, lakin bu gün dünya gözəldir. Keçid prosesi mümkün qədər hamar olacaq, buna görə çox minnətdaram" söyləyib.

Daha sonra Tramp və Baydenin Ağ Evdə qapalı görüşü təxminən iki saat davam edib.

Chosen
59
kommersant.az

1Sources