EN

Trampın MKİ rəhbərliyinə yeni namizədi - Qarabağa qanunsuz səfər edib

Hurriyyet.az xəbər verir ki, ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp keçmiş konqresmen Tulsi Qabbardın Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

"Sputnik Ermənistan" agentliyinin yazdığına görə, Qabbard 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana və Dağlıq Qarabağa səfər edib. O, əslən Havaydandır, bu ştat 2016-cı ildə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. 

Onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin erməni işğalı altında olan Qarabağa qanunsuz səfərlər etmiş 1040 nəfərin adının qeyd edildiyi “qara siyahısına" düşmüşdü. 

Hürr Tərcüman

 

Chosen
40
hurriyyet.az

1Sources