EN

Naxçıvanın dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəliri 53,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 197 dövlət əmlakı özəlləşdirilib. 

Bu barədə Xidmətin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar  2,4 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur. 

Chosen
29
marja.az

1Sources