EN

Pakistanda əhali hava çirkliliyindən əziyyət çəkir

Pakistanın Pəncab əyalətində hava çirkliliyinin yaratdığı tənəffüs yolu xəstəlikləri səbəbiylə hər gün təxminən 70 min adam xəstəxanalara müraciət edir və xəstəxanalardakı çarpayı sayının artırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Pakistanın Ətraf Mühitin Mühafizəsi Departamentinin məlumatında qeyd edilib.
 
Belə ki, əyalətin hava çirkliliyindən ən çox zərər görən Lahor və Multan şəhərləri, hava keyfiyyəti indeksinin təxminən 400 dəyəri ilə bu gün dünyanın ən çirkli iki şəhəri olaraq qalır.
 
Hava keyfiyyəti indeksinin 300-dən yuxarı olması sağlamlığa zərərli hesab olunur.
 
Cəmalə
Chosen
7
azxeber.com

1Sources