EN

Siciliya su altında qaldı - VİDEO

İtaliyanın Siciliya bölgəsində daşqınlar ciddi fəsadlar törədib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, daşqın Torre Archirafi bölgəsində xüsusilə güclü olub, avtomobilləri ətrafa atıb və bəzilərini dənizə sürükləyib.

Yerli fövqəladə hallar xidmətlərinə 30-dan çox kömək sorğusu göndərilsə də, ölən və ya itkin düşənin olmadığı bildirilib.

Məlumata görə, son illərdə İtaliya istilik dalğaları, quraqlıq, güclü fırtınalar və daşqınlar şəklində uzun bir sıra ekstremal hava hadisələri ilə üzləşib ki, bu da insanların istixana qazı emissiyalarının yaratdığı iqlim böhranı nəticəsində yaranıb.

Nərmin
Milli.Az

Chosen
47
milli.az

1Sources