EN

Danimarka parlamenti türkəsilli xanım siyasətçini mükafatlandırıb

Danimarka

Danimarka parlamenti son 100 ildə ölkə siyasətində iz qoyan 30 qadın siyasətçini yeni rəsm əsəri ilə mükafatlandırıb.

Reyting.az
xəbər verir ki, Danimarka tarixində ilk dəfə seçilən və 2007-2015-ci illər arasında iki müddət parlament üzvü olan Sosialist Xalq Partiyasından türk əsilli qadın millət vəkili Özlem Çekiç də rəsm siyahısında yer alıb.

Çekiç belə bir şərəfə layiq görülməyin ona böyük qürur və böyük xoşbəxtlik verdiyini bildirib.

Qeyd olunur ki, rəsm əsərini Mie Mörkeberg bir il doqquz aya çəkib.

“Qadınların səsvermə hüququ qazandığı 1915-ci ildən xalq hakimiyyətimizi formalaşdıran istedadlı qadınları şərəfləndirməyin vaxtı çatıb”,- Danimarka parlamentinin sədri Soren Gade deyib. O, ümid edir ki, siyahı parlamentin gender balansındakı müsbət inkişafı sənədləşdirməyə köməklik göstərəcək.

Qeyd edilib ki, qadınlar indi parlament üzvlərinin demək olar ki, yarısını təşkil edir.

ELÇİN
Chosen
27
reyting.az

1Sources