EN

Mansur Yavaş və Əkrəm İmamoğlunun başı dərddə: Prokurorluq araşdırmalara başladı

Ankara Baş Prokurorluğu Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) yüksək qiymətli konsert xərcləri ilə bağlı araşdırmaya başlayıb.

Hurriyyet.az xəbər verir ki, həmçinin İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçirdiyi bəzi tədbirlərdə qeyri-qanuni xərclər və dövlətə ziyan vurduğuna dair iddialarla bağlı istintaqa başlayıb.

Ankara Baş Prokurorluğunun araşdırmaya başlamasından sonra Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş sosial media hesabından açıqlama verib.

"Noyabrın 11-də məsələ ilə bağlı mətbuata açıqlama verdiyim gün Daxili İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün iki mülki müfəttiş göndərildi. Bu araşdırma hələ də davam edir. Hələlik yeni bir şey yoxdur", - deyə bələdiyyə sədri qeyd edib./publika.az/

Chosen
33
1
hurriyyet.az

2Sources