EN

“Naxçıvan Dəmir Yolları”nın işçisi rəhbərlikdən ŞİKAYƏTÇİDİR

Naxçıvan şəhər sakini Nuriyev Ziya Xanəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev onu qərəzli şəkildə işdən çıxarıb:

“Mən, Nuriyev Ziya Xanəli oğlu, yazaraq bildirirəm ki, “Naxçıvan Dəmir Yolları”nda TNM vaqon baxıcısı və təmirçisi işləyirdim. Əmək haqqım 451 manat idi. Amma mənə 7 ay müddətində 261 manatdan pul verdilər. Avqust ayının 5-i işimi dəyişib, yanacaq anbarına mühafizəçi göndərdilər. Bununla bağlı 3 dəfə Mahir Əliyevin qəbulunda oldum, ona bildirdim ki, gecə növbəsində işləyə bilmirəm. Bir neçə gün sonra məni çağırıb dedi ki, get Əmək Müfəttişliyindən ərizəni götür. İnsan resusrlarının işçisi idarənin xidməti maşını ilə məni Əmək Müfəttişliyinə apardı. Ərizəni o yazdı, mənə isə imzalatdılar.

Daha sonra Mahir Əliyev mənə dedi ki, 2 ay bizimlə birgə işlə, son 2 ayının əmək haqqı yüksək olacaq, sonra səni ixtisara salacam. Dünən isə məni Əmək Məcəlləsinin “70 c” maddəsi ilə işdən çıxarıblar. Gedib deyəndə isə mənə “başına silah dayıyıb sənə imza atdırmadıq ki. İmza atmazdın”, - deyərək, qanunsuz olaraq məni işimdən etdilər.

“Naxçıvan Dəmir Yolları” MMC-də qanunsuz əməlləri çoxdur, sadəcə işimizə görə çox şeylərə göz yummuşuq. Məsələn, bu idarədə bizi boş anketlərə qol çəkdirib, başımıza oyun açırlar, çörək pulumuzdan edirlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Chosen
45
hurriyyet.az

1Sources