EN

İspaniyada evlərini itirən 500-dən çox ailə yeni yaşayış yeri axtarır

Oktyabrın 29-da İspaniyanın Valensiya bölgəsində baş verən daşqın nəticəsində evlərini itirmiş 500-dən çox ailə üçün yaşayış yeri axtarılır.

AXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, daşqından ən çox zərər çəkən Paiporta, Çiva və Torrent kimi rayonlarda texniki işçilər tərəfindən aparılan yoxlamalarda böyük dağıntı və uçma təhlükəsi olan onlarla ev üçün söküntü qərarları verilib.

Evsiz ailələrin əksəriyyətinin idman zallarında qaldığı bildirilsə də, muxtar hökumət hər şeyini itirmiş insanların köçürülməsinə imkan verəcək mənzil tapmaq üçün zamanla yarışır.

Valensiya muxtar hökumətinin vitse-prezidenti və mənzil naziri Susana Camarero mətbuata açıqlamasında təxminən iki həftə ərzində istifadəyə hazır olacaq 150 evin təhvil veriləcəyini, lakin bunun kifayət etmədiyini deyib.

Kirayəlik evlərin şərtlərinin və yaşayış yerlərinin müəyyən edilməsinin ən az 6 ay çəkə biləcəyini qeyd edən Camarero, Koordinasiya Masası yaradıldığını açıqlayıb.
 
Cəmalə
Chosen
31
1
azxeber.com

2Sources