EN

"COP sayəsində Azərbaycan bir daha gücünü, regional mövqeyini nümayiş etdirir"

“COP29-un Azərbaycanda keçirilməməsinə qarşı xüsusi bir tədbir aparılır. Bu kampaniya bir sıra Qərb dairələrində dəstək verilir. COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, həmin dairələrin bütün cəhdləri iflasa uğrayıb”.

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, COP sayəsində  Azərbaycan bir daha gücünü, regional mövqeyini nümayiş etdirir:

 “COP29-un Bakıda uğurla təşkil edilməsi sübut edir ki, bu istiqamətdə görülən işlər Azərbaycanın haqq işinin daha çox ölkələr tərəfindən təsdiqləndiyindən xəbər verir”.

Sevinc

Chosen
44
hit.az

1Sources