EN

Avrasiyanın ən "şimal burnu"nun zibildən təmizlənməsi üçün neçə il lazımdır?

Avrasiyanın ən şimal nöqtəsi olan Çelyuskin burnunu zibildən tamamilə təmizləmək üçün ən azı on il lazım olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Təmiz Arktika” ekoloji layihəsinin könüllüləri təşkilatın saytında məlumat veriblər.

Könüllülər artıq burundan təxminən 4,5 tona yaxın çıxarıblar. İki ay yarım ərzində “Təmiz Arktika” könüllüləri gələcək ekspedisiyaları planlaşdırmaq və təmizləmə sahəsini kvadratlara bölmək üçün ərazini tədqiq ediblər.

Təşkilat bu qənaətə gəlib ki, burunda təxminən 40 min barel zibil olduğu üçün ərazini təmizləmək on il çəkəcək. Onlar əlavə ediblər ki, təşkilat əlçatmaz yerlərdə zibildən qurtulmağa kömək edəcək təmizləmə texnologiyası hazırlayıb.

Chosen
22
publika.az

1Sources