EN

"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir"- Ombudsman

Image

İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.

Bunu Ombudsman Səbinə Əliyeva COP29 çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirədə deyib.

O qeyd edib ki, iqlim ədalətinin təmin olunmasında əsas aktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqları təsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qoruması sahəsində mühüm rola malikdirlər.

“Bu baxımdan, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Azərbaycan Ombudsmanının da təmsil olunması da məhz iqlim dəyişmələri zamanı insan hüquqları aspektlərinin nəzərə alınması məqsədinə xidmət edir.

Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvü kimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq”, - deyə o əlavə edib.





Chosen
10
2
baki-xeber.com

8Sources