EN

İlon Mask nazir olur? – Tramp bu nazirliyə onu gətirmək istəyir

ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp texnoloji milyarder İlon Maskı nazir təyin etmək qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın seçki vədləri arasında yer alan Hökumətin Səmərəliliyi Departamentini (DOGE) qurulmağa hazırlaşır.

Tramp bildirib ki, yeni nazirlik Ağ Evlə İdarəetmə və Büdcə Ofisinin koordinasiyalı çalışacaq və hərtərəfli struktur islahatları həyata keçirəcək. Beləliklə nazirlik hökumətə görünməmiş sahibkarlıq yanaşması gətirəcək.

Seçki vədləri arasında yer alan DOGE-ni sürətlə həyata keçirməyə başlayan Tramp yeni nazirliyə İlon Maskı rəhbər təyin edəcək.

Təyinatla bağlı verdiyi açıqlamada Tramp, “Amerika vətəndaşı Vivek Ramasvami ilə işləyən İlon Maskın Hökumətin Səmərəliliyi Departamentini (DOGE) idarə edəcəyini elan etməkdən məmnunam” sözlərini işlədib.

“Bu iki böyük amerikalı birlikdə hökumət bürokratiyasını aradan qaldıracaq, lazımsız tənzimləmələri azaldacaq, israfçı xərcləri azaltacaq və Federal Agentlikləri yenidən strukturlaşdıracaq”./BAKU.WS

Chosen
17
konkret.az

1Sources