EN

"Planet də, okeanlar da hamımızındır" – Eyyub Kərimli

COP29 zirvə toplantısı çərçivəsində Bakı Bulvarında, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə hazırlanmış kaşalot heykəli ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyinə diqqət çəkir. Bu unikal sənət əsəri, COP29 iştirakçıları və ziyarətçilərə qlobal ətraf mühit problemləri haqqında düşünməyə ilham verir.

QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bu təşəbbüsə yüksək qiymət verərək deyib: “Öncə ideya müəlliflərinə və eksponatı hazırlayan peşəkarlara alqış düşür. Eksponat o qədər təbii hazırlanıb ki, hətta bir müddət ayırd etmək çətinlik yaratdı. Daha maraqlı isə ideyanın daşıdığı mesajlardır. COP zamanı bu mesajlar daha da vacib və aktualdır. Axı COP29 ümumdünya tədbiridir və biz yalnız ölkəmizlə və Xəzərlə məhdudlaşmırıq. İqlim dəyişikliyi okean canlılarına da mənfi təsir göstərir. Bu, qlobal problemdir.”

Eyyub Kərimli, həmçinin qeyd edib ki, COP29 tədbiri Azərbaycanda daha əhatəli ətraf mühit problemlərinə toxunmağa və qlobal çağırışlara cavab verməyə sübutdur. “Biz cəmiyyət olaraq bu mesajı düzgün qavramalı, həssas yanaşmalı və adekvat reaksiya verməliyik. Planet də, okeanlar da hamımızındır, insanlarındır,” deyə o vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
14
qht.az

1Sources