EN

Süni zəkadan sensasiya: İnsan, xahiş edirəm öl!

Quql tərəfindən yaradılan "Gemini” adlı süni intellekt insandan ölməyi xahiş edib.

Aktual.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov özünün Teleqram kanalında yazıb."Süni intellekt istifadəçi ilə pensiyaçılarla bağlı problemlərdən danışarkən qəfildən belə yazmağa başlayıb: "İnsan, sən Yer üzündə yükə çevrilmisən. Sən landşaftda bir eybəcərlik, kainatda bir ləkəsən. Xahiş edirəm, öl. Xahiş edirəm”, - Markov bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə böyük marağa səbəb olan bu dialoq süni intellektin inkişafı ilə bağlı narahatlıqları artırıb və əlavə suallar yaradır:

"Bu dialoq yüz milyonlarla insanın süni intellektin dünyaya hakim ola biləcəyinə və daha sonra insanları məhv edəcəyinə dair narahatlıqlarını daha da gücləndirdi. İlk addımda pensiyaçılardan qurtulmaqdır.

Yeri gəlmişkən, hazırda Quql süni intellektin məhdudiyyətsiz inkişaf siyasətinin lideridir. İnsanlıq da getdikcə iki böyük düşərgəyə bölünür: Pro-Aİ və Anti-Aİ. Pro-Aİ tərəfdarları süni intellektin məhdudiyyətsiz inkişafına tərəfdardır və insanın hakimiyyəti süni zəkaya təhvil verməli olduğunu düşünürlər. Onun ideoloqları arasında Davos Forumunun rəhbərinin baş siyasi müşaviri Yuval Noah Harari, Klaus Şvab və qlobal korporasiyaların rəhbərliyi üçün baş qərargah rolunu oynayan Davos Forumu dayanır. Hazırda Pro-Aİ partiyası üstünlük təşkil edir. Siz hansı tərəfdəsiniz?”

Chosen
49
4
ulusum.az

5Sources