EN

COP29-un Azərbaycan üçün ƏHƏMİYYƏTİ: “Bu, ölkəmizin nüfuzunun göstəricisidir”

“Xüsusilə iqlim tədbiri ilə bağlı konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir”.

Bunu Yenicag.az-a videomüsahibəsində beynəlxalq iqlim tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan COP29-da iştirak edən Milli Məclisin deputatı Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, hər bir ölkə bu səviyyədə tədbiri keçirə bilməz.

“Ölkəmizin son dövrlər istər iqtisadi, istərsə də siyasi göstəriciləri bizim belə böyük tədbirlərə ev sahibliyi edə biləcəyimizi göstərir. Azərbaycan COP29-da bir çox vacib təşəbbüslərlə çıxış etdi. Bu da ölkəmizə gələn bütün tədbir iştirakçılarının xoşuna gəldi”, – deyə deputat bildirib.

Videomüsahibəni tam olaraq buradan izləyə bilərsiniz:

Nəsimi Ələsgərli

Samir Məcidov

Chosen
61
yenicag.az

1Sources