EN

Qazaxıstanın ÜDM-i 2060-cı ilə qədər daşqınların vurduğu ziyan səbəbindən 1,3 faiz azala bilər - Nazir

Bakı. Trend:

Proqnozlara görə, adaptasiya tədbirləri görülmədiyi halda,daşqınların vurduğu ziyan səbəbindən 2060-cı ilə qədər Qazaxıstanınümumi daxili məhsulu (ÜDM) 1,3% azalacaq.

Trend xəbər verir ki, bunuQazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev“Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsinin qarşısını almaqüçün iqlim dəyişikliyi və regional əməkdaşlıq” mövzusunda keçirilənpanel müzakirə zamanı bildirib.

“Unikal təbiəti və zəngin resursları ilə Qazaxıstan bu günekosistemimizi, su ehtiyatlarımızı və iqtisadiyyatımızı təhlükəaltına alan ciddi təhdidlərlə üzləşir”, – deyə o bildirib.

Nazir qeyd edib ki, Qazaxıstan, digər Mərkəzi Asiya ölkələrikimi, iqlim dəyişikliyinin təsirini öz təcrübəsində hiss edir. Ölkədaşqınların və quraqlıqların əhəmiyyətli dərəcədə artmasını,həmçinin bölgənin su ehtiyatlarının təminatında həyati əhəmiyyətəmalik olan buzlaqların sürətlə əriməsini müşahidə edir.

“Bundan əlavə, kənd təsərrüfatı torpaqlarımızın 75 faizə qədəriquraqlıq riski altındadır ki, bu da milyonlarla insan üçün ərzaqtəhlükəsizliyinə təhdid yaradır”, – deyə o qeyd edib.

O əlavə edib ki, Qazaxıstan Asiya İnkişaf Bankının dəstəyi iləhəyata keçirilən, su ehtiyatlarının kompleks idarə olunmasına,dayanıqlı suvarma metodlarının tətbiqinə və Qazaxıstanın kəndtəsərrüfatında müasir texnologiyalardan istifadəyə yönəlmiş“Fermalar üçün buzlaqlar” adlı regional proqramı dəstəkləyir vətəsdiqləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
33
az.trend.az

1Sources