EN

Azərbaycan Böyük Britaniya ilə “yaşıl sərmayə”lərin təşviqini müzakirə edib

Azərbaycan Böyük Britaniya ilə “yaşıl sərmayə”lərin təşviqini müzakirə edib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşüb.

“Yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, “yaşıl sərmayə”lərin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələrimiz olub”, - deyə M.Cabbarov bildirib.

Chosen
21
2
report.az

6Sources