EN

II Yelizavetanın boyunbağısı fantastik qiymətə satıldı

Kraliça II Yelizavetanın tacqoyma mərasimində taxılan, Mari Antuanettanın qalmaqalında da adı çəkilən sirrli boyunbağı Cenevrədə hərracda 4,8 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, təxminən 300 karatlıq brilyantlarla bəzədilmiş, 18-ci əsrə aid bu antik boyunbağının "Sotheby's" Hərrac Evində keçirilən "Kral və Soylu daşlar" hərracında 1,8-2,8 milyon dollar arasında satılacağı proqnozlaşdırılmışdı.

Lakin gərgin rəqabətin sonunda yekun qiymət (vergilər və komissiyalar daxil olmaqla) 4,26 milyon İsveçrə frankı olaraq qeydə alınıb.

Qeyd edək ki, boyunbağı telefonla təklif vermiş anonim alıcıya satılıb.

Chosen
91
kulis.az

1Sources