Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.
Energetika Nazirliyindən Day.Az-a verilən məlumata görə, görüşdə ikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələr aparılıb. Azərbaycanda "yaşıl enerji" keçidi və müxtəlif istiqamətlərdə həyata keçirilən "yaşıl enerji dəhliz"ləri ilə bağlı fikir mübadiləsi edilib.
Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib. Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarının imzalanması razılaşdırılıb.
Nazir Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leila Benali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb. Bərpa olunan enerji, qaz infrastrukturu və pespektivli layihələr üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerji təşəbbüslərinə dəstək ifadə olunub.