EN

İnsanlar niyə dırnaqlarını yeyir? - AÇIQLANDI

Çox zaman uşaqlarda görünən dırnaq yemə halı indi böyüklər arasında da rast gəlinir. 

Hətta bəzi insanlar dırnaqlarını xəstəlik dərəcəsinə qədər çatdırır.

Maraqlıdır, insanların dırnaqlarını yemə səbəbi nədir?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva bildirib:

“Bu hal psixoloji problemlərin olduğundan xəbər verir. Bəzi insanlar stressə düşəndə ilk addım atdıqları hal dırnaq yeməkdir. Bunun adı onixofagiya adlanır. Eyni zamanda, boşluqda olan insanlar da dırnaq yeməyə başlayır. 

Bununla yanaşı, dırnaq yeyən insanlarda vitamin çatışmazlığı olur. Ona görə bədəni dırnaq yeməyi tələb edir. 

Qeyd edim ki, bunun digər zərəri cəmiyyət içində iyrənclik kimi qəbul edilməsidir. Bəzi insanlar yanlarında dırnaq yeyən şəxsi gördükdə ürəkləri bulanır və oradan uzaqlaşırlar. Bu vərdişin orta və ağır dərəcəsi var. Orta dərəcə yalnız dırnağın uc hissəsinin dişlənilməsidir. Ağır hissəsi isə mayaya qədər yeyilmədir. Bu zaman psixoloqa müraciət etmək şərtdir”.

Murad
 

Chosen
61
1
hit.az

2Sources