EN

Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyuldu

Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Axar.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Chosen
47
17
axar.az

10Sources