Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra tətbiq edilən sanksiyalar səbəbindən “İl-96 təyyarəsinə xidmət göstərməklə bağlı problemlər yaşayır.
Editor.az bildirir ki, Lavrov bu barədə noyabrın 14-də “YouTube”da yayımlanan “Yeni Dünya” layihəsinə müsahibəsində danışıb. “Keçən il mənə Yohannesburqda keçirilən sammitdə prezidenti təmsil etmək tapşırılanda təyyarənin geri qayıtması üçün yanacaq doldurmaqla bağlı bütöv bir hekayə oldu.
Sən demə oradakı yanacaq doldurma məntəqələrinin heç biri bu ölkəyə ai deyilmiş”, – deyə rusiyalı nazir bildirib.
Lavrovun sözlərinə görə, fevralda Braziliyada da “oxşar hekayə oldu”. “Bir dəfə orada səfərdə idim və yanacaq doldurmaq mümkün deyildi və bu, əlbəttə ki, bezdiricidir” – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri şikayət edib. Daha sonra Lavrov Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşə braziliyalı həmkarı Mauro Vieyranın təyyarəsində uçmalı olduğunu bildirib. Lavrovun sözlərinə görə, Rusiya Federasiyasına “dost” ölkələr bir müddət ikinci dərəcəli sanksiyalardan “qorxmağa” məcbur olacaqlar.
//Samir Qurbanov, Editor.az