Almaniya Aİ-nin Live Military Exercise (LIVEX) hərbi təliminə ev sahibliyi edəcək. Bu, ölkədə keçirilən ikinci belə təlimdir.
Aİ-dən bildiriblər ki, təlimlər daha geniş MILEX24 təliminin bir hissəsidir. Buraya komanda-qərargah təlimləri də daxildir. Birgə çoxmillətli təlimlər Avrokorpunun komandanlığı və Almaniya quru qoşunlarının komandanlığı altında keçiriləcək.
LIVEX Almaniyanın rəhbərlik etdiyi European Challenge 2024 təlimi üzərində qurulacaq. Bu təlim əvvəlcədən müəyyən edilmiş ssenariyə uyğun olaraq keçirəcək.
EU LIVEX təliminə 15 Aİ üzv ölkəsi və 1700-dən çox hərbi qulluqçu cəlb olunacaq. Təlimin məqsədi bütün səviyyələrdə birgə əməliyyatın planlaşdırılması və aparılması zamanı qarşılıqlı fəaliyyət qabiliyyətini yoxlamaqdır:
Oxuməni.az