UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 görüş keçirilib.
Gecənin ən maraqla gözlənilən matçı A Liqasında Belçika və İtaliya yığmaları arasında olub.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Fransa doğma meydanda İsraillə qolsuz heç-heçə edib.
A Liqası
II qrup
Belçika – İtaliya - 0:1
Fransa - İsrail - 0:0
B Liqası
II qrup
İrlandiya – Finlandiya - 1:0
Yunanıstan – İngiltərə - 0:3
III qrup
Qazaxıstan – Avstriya - 0:2
Sloveniya – Norveç - 1:4
C Liqası
IV qrup
Ermənistan – Farer adaları - 0:1
Şimali Makedoniya – Latviya - 1:0
Qeyd edək ki, Millətlər Liqasında V tura noyabrın 16-da yekun vurulacaq.
Bizim.Media