EN

Dünyada böyüklər arasında 800 milyondan çox diabet xəstəsi var

Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırma dünyada 800 milyondan çox böyüklərin şəkərli diabetdən əziyyət çəkdiyini ortaya qoydu. Bu göstərici əvvəlki qiymətləndirmələrdə gözləniləndən iki dəfə yüksəkdir.

Hafta.az-ın yazdığına görə, tədqiqat həmçinin 30 yaşdan yuxarı yoluxanların yarıdan çoxunun müalicə almadığını ortaya çıxarıb. “The Lancet”də dərc olunan araşdırmada, 2022-ci ildə 18 və daha yuxarı yaşda 1-ci və 2-ci tip diabetli 828 milyon insanın olacağı ifadə edilib. Tədqiqatçılar 30 və daha yuxarı yaşlılar arasında müalicə görməyən 445 milyon xəstə olduğunu bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl hesablamışdı ki, 422 milyondan çox insan qan şəkərinin səviyyəsinə təsir edən və müalicə edilmədikdə ürək, qan damarları, sinirlər və digər orqanların pozulmasına səbəb verən xroniki metabolik xəstəlik olan şəkərli diabetdən əziyyət çəkir. 1990-cı ildən bəri şəkərli diabetin qlobal halları iki dəfə artaraq 7 faizdən 14 faizə yüksəlib. Bu artım əsasən aşağı və orta gəlirli ölkələrdə halların sayının artması ilə bağlıdır. Tədqiqatçılar, artıma baxmayaraq, bu bölgələrdə müalicə nisbətlərinin çoxalmadığını, bəzi yüksək gəlirli ölkələrdə vəziyyətin yaxşılaşdığını və bunun müalicə boşluğunun genişlənməsinə səbəb olduğunu bildirib.

Məsələn, Sub-Sahara Afrikasının bəzi yerlərində, təxmin edilən diabet xəstələrinin yalnız beş-on faizi müalicə alırdı. Qeyri-infeksion Xəstəliklər Risk Faktorları Əməkdaşlıq Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə aparılan tədqiqatın müəllifləri bildiriblər ki, bu, bütün ölkələr üçün müalicə dərəcələri və təxminləri özündə əks etdirən ilk qlobal təhlildir. Tədqiqat 140 milyondan çox insanın iştirak etdiyi mindən çox araşdırmaya əsaslanır.

Chosen
51
hafta.az

1Sources