EN

Kim In dron istehsalını artırmağı tapşırıb

Şimali Koreya lideri Kim Çen In yeni kamikadze hücum pilotsuz uçan aparatlarının sınaqlarına şəxsən nəzarət edib və bu silahların kütləvi istehsalına ən qısa zamanda başlanmasını əmr edib.

Herbiand.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatında deyilir: “Kim mümkün qədər tez seriyalı istehsal sisteminin qurulmasının və tam miqyaslı kütləvi istehsala keçməyin vacibliyini vurğulayıb”.

Şimali Koreya lideri qeyd edib ki, dünyada hərbi pilotsuz uçuş aparatlarından istifadə sahəsində rəqabət artır.

KCNA xəbər agentliyi Kim Indan sitat gətirib: "Bu cür obyektiv dəyişikliklər hərbi nəzəriyyə, təcrübə və təhsilin bir çox bölmələrinin təcili yenilənməsini tələb edir".

Chosen
25
herbiand.az

1Sources